Oğurlanan 500 yaşlı heykəl Hindistana qaytarılır - FOTO
Oksford Universiteti 500 illik tarixi olan müqəddəs Hindu heykəlini Hindistana qaytaracaq.
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, 15-ci əsrə aid heykəl Böyük Britanya imperatorluğu dövründə qeyri-qanuni yollarla ölkəyə gətirilib.
Hindistan Ali Komissiyası "Tirumankai Alvar" adlı bürünc heykəlin 4 il əvvəl Hindistana qaytarılması üçün tələb irəli sürüb.
Oğurlanmış dini əsərləri geri almağa çalışan "India Pride Project"in qurucularından biri Vicay Kumar, prosesin pandemiya səbəbilə uzandığını deyib.
O bu barədə "Times of India"a müsahibəsində bildirib.
"Biz Britaniya və Hindistan dövlətləri arasında asanlıqla həll edilə bilən bir məsələdə COVID-19 səbəbiylə gecikmələr və problemlərlə qarşılaşdıq. Lakin artıq yekun nəticəyə gəlinib" - deyə, Kumar vurğulayıb.
BAKU.WS