Məşhur cütlük Nyu Yorkdan sonra Meksikada da evləndi - FOTO
Hollivud ulduzu Naomi Uotts Billi Krudalla ikinci dəfə evlənib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ötən yay Nyu Yorkda evlənən cütlük indi də Meksikada özünə toy edib.
Onların xoş günündə övladları Sasha və Kai də iştirak ediblər.
Bu barədə Uotsun bacısı məlumat verib. O sosial şəbəkədə cütlüyün özəl günüdən olan fotoları paylaşıb.
Aktrisa Meksikadakı özəl günü üçün sadə ağ geyimə üstünlük verib. Billi Krudal isə sadə smokinq geyinib.
Onlar 2017-ci ildə "Gypsy" adlı serialın çəkiliş meydanında tanış olub eşq yaşamağa başlamışdılar.
BAKU.WS



