Image

Marsda yaşamaq bu xəstəliklərə səbəb ola bilər

Marsa səyahət edən astronavtların sağlamlığı ilə bağlı yoxlanışlar aparılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma 24 kosmonavt üzərində aparılıb. Onların böyük əksəriyyətinin böyrəyində zədələr olduğu ortaya çıxıb.

Bundan başqa astronavtların görmə qabiliyyətinin zəiflədiyi, ürək və sümüklərində başqa problemlər yarandığı məlum olub.

Onlar orada sadəcə 6-12 gün aralığında qalıblar. Marsa səyahət zamanı böyrəklər qalaktikadakı radiysiyaya daha çox məruz qalır.

Bunun nəticəsində böyrəklər zədələnir. Hətta bu dializ xəstəliyinə də gətirib çıxara bilər.

Bu səbəbdən  də bu Marsa gediş-gəlişi planlaşdırılan astronavtlar üçün ciddi təhlükə yaradır.

NASA, İlon Maskın şirkəti SpaceX kimi təşkilatların Marsa daha uzun müddətli göndərilən astronavtların sağlamlığını qorumaq üçün tədbirlər tələb edir.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu