Image

Ajda Pekkan xəyalını karyerasının 60-cı ilində reallaşdırdı - FOTO

Məşhur müğənni Ajda Pekkan Beşiktaş Tüpraş stadionunda 40 000 sevəni qarşısında çıxış edib.

BAKU.WS xəbər verir ki, musiqili proqramın aparıcısı model Çağla Şıkel olub.

Nəhəng orestrla səhnə alan Pekkana sənət dostları Nilüfer, Işın Karaca, Hande Yener, Cem Adrian, Mabel Matiz, Semicenk də dəstək olublar. 

Konsert zamanı pərəstişkarları ilə söhbət edən ifaçı xəyalını karyerasının 60-cı ilində reallaşdırdığını deyib:

"Çox dəyərli dostlarımla səhnə alacağam. Bu stadionda onlarla birlikdə olmaq xəyalım idi. Qismət bu günə imiş...".

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu