Image

Azərbaycanlılar Türkiyədə mənzil alışını AZALDIR – YENİ RƏQƏMLƏR

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı mənzillərin sayı 2024-cü ildə azalıb.

Gundem.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, yanvar-may ayları ərzində azərbaycanlılar Türkiyədə 288 ədəd mənzil alıb.

Orta hesabla hər ay alınan mənzillərin sayı 58 olub. Açıqlanan məlumatlardan görünür ki, son illərdə Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı mənzillərin sayı azalır. Bu dinamika artıq dördüncü ildir ki, davam edir.

Azalmaya baxmayaraq Türkiyədən ən çox mənzil alan əcnəbilər arasında ilk onluqda Azərbaycan da var.

Xəbər lenti

Sabahın hava proqnozu