Berksan etdirdiyi əməliyyatdan peşman oldu - FOTO
Türkiyəli müğənni Berksan üzündə estetik əməliyyat etdirdiyi üçün peşman olduğunu bildirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir zamanlar xarici görünüşü ilə hər kəsi təəccübləndirən Berksan üz dartma əməliyyatı etdirmişdi.
İfaçı bu barədə jurnalistlərə açıqlamasında bildirib. "Bizdə bu plastik əməliyyatları çox böyüdürlər. Hər kəs istədiyini etsin. Həyat qısadır.
İçi isə boşdur. Bir-birimiz yormayaq.
Mən etdirdiyim plastik əməliyyatlardan peşmanam. Bircə botoksu sevirəm. Ondan başqa heç bir estetik müdaxiləni sevmirəm".
Berksan "Çilek", "Tıpış Tıpış", "Delirdin mi? Şaşırdın mı?", "Bay bay" adlı mahnıları ilə məşhurlaşıb.
BAKU.WS