Image

COP29 Cənubi Qafqaz tarixinin növbəti səhifəsini çevirəcəkmi? - VİDEO

Bu ilin noyabr ayında bütün planetin diqqəti Cənubi Qafqaz regionuna yönələcək.

BAKU.WS xəbər verir ki, bu barədə Caliber.Az-ın "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Müəllif xatırladır ki, Azərbaycanın paytaxtında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəfləri Konfransı (COP29) kimi tanınan illik konfrans keçiriləcək.

"On minlərlə müxtəlif vəzifəli səlahiyyətli iştirakçılar, o cümlədən dövlət başçıları Bakıya axın edəcəklər. Bu hadisə öz səviyyəsinə görə yalnız BMT Baş Assambleyası ilə müqayisə oluna bilər və bəlkə də müəyyən mənada onu üstələyir", - deyə müəllif qeyd edir.

Ölkəmizin ev sahibliyi edəcəyi tədbir haqqında daha ətraflı "Caliber"in növbəti süjetində:

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu