Image

Bu qurum işçiləri üçün kamerasız "iPhone" istehsal edib - FOTO

Atom Elektrik Stansiyasının işçiləri üçün kamerasız, heç bir kənar müdaxilə əlaməti olmayan "iPhone"ların fotoları internetdə yayılıb.

BAKU.WS xəbər verir ki, "Digital Trends"ə görə, şəkillər əvvəlcə Reddit forumunda dərc edilib.

Bir Reddit istifadəçisi "iPhone"nun şəklini yerləşdirib. Diqqətlə yoxlayandan sonra insanlar telefonun arxa hissəsində kamera modulunun olmadığını və Apple loqosunun birbaşa şüşə qapağına çəkildiyini görüblər. Qeyri-adi telefonun atom elektrik stansiyasının əməkdaşına məxsus olduğu bildirilir.

Görünür, o, iPhone 11-in dəyişdirilmiş versiyasını əldə edib.

Bu foto xüsusi mühafizə olunan obyektlərin işçiləri üçün xüsusi "iPhone"ların mövcudluğunun yeganə sübutu deyil. Məsələn, əvvəllər kamera modulu olmayan "iPhone 7 Plus"un şəkilləri internetdə yayılırıb. O, Dubayda işlənmiş smartfon mağazasında həvəskarlar tərəfindən görülüb. Fotonun müəllifi telefonun hərbçiyə məxsus olduğunu iddia edib.

Müzakirə mövzularına görə, Apple kamerasız iPhone istehsal etmir. Smartfonlar özəl şirkətlər tərəfindən alınır və öz fabriklərində modifikasiya edilir, burada kameralar fiziki olaraq çıxarılır və sonra kamera modulları olmadan xüsusi korpuslar quraşdırılır. Belə iPhone-ların alıcıları arasında hərbi, neft-qaz şirkətləri və təhsil müəssisələri var.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu