Dərbənddə öldürülən keşiş bir müddət Bakıda da çalışıbmış - FOTO
Dağıstanda terrorçuların öldürdüyü keşiş Nikolay Kotelnikov iki il Bakıda işləyib.
BAKU.WS xəbər verir ki, Rusiya KİV din xadiminin Bakı yeparxiyasında çalışdığını yazıb. Onun tanışı Roman Silantev keşinin ölümünədək Dağıstanda dəfələrlə ölümlə hədələndiyini bildirib.
Qeyd edək ki, 40 il ərzində keşiş kimi fəaliyyət göstərmiş Nikolay Kotelnikov bu gün terrorçuların Dərbənddə yerləşən provaslav kilsəsinə hücumu zamanı öldürülüb.
BAKU.WS