Dağıstanda terror aktında ölən yaralananların yaxınlarına bir milyon ayrılıb
Dağıstan hakimiyyəti Mahaçqala və Dərbənddəki terror aktları nəticəsində həlak olanların və yaralananların ailələrinə yardım göstərmək üçün 50 milyon rubl ayırıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Dağıstan hökuməti Mahaçqala və Dərbənddəki terror aktları nəticəsində həlak olanların ailələrinə və zərər çəkmiş vətəndaşlara kömək üçün 50 milyon rubl ayırıb”, - deyə məlumatda bildirilib.
“Terror nəticəsində həyatını itirənlərin ailələrinin hər birinə 1 milyon rubl məbləğində pul veriləcək”, - deyə mətbuat xidməti əlavə edib.
BAKU.WS