Image

Həbib Nurmaqomedov: "Evimə beş dəqiqə məsafədə insanlar öldürülürdü"

Keçmiş UFC çempionu, dünyaşöhrətli rusiyalı döyüşçü Həbib Nurmaqomedov Dağıstanda baş verən faciədən danışıb.

BAKU.WS xəbər verir ki, Həbib Nurmaqomedov “Ruptly” informasiya agentliyinə terrorla bağlı fikirlərini bölüşüb:

“Dəhşətli terror aktı evimin yaxınlığında baş verib. Mənim evimə beş dəqiqəlik məsafədə insanlar öldürüldü... Bu necə normal ola bilər?

Uşaqlarım orda, anam yaşayır, ailəm orda, qardaşım, qohumlarım... Səhərə qədər insanlarla əlaqə saxlamışam. Buna necə reaksiya verməliyəm? Bunu edənlər həqiqətən insan ola bilərmi?”, - deyə Nurmaqomedov bildirib.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu