Image

Türkiyənin bir tərəfi qızmar istilərlə, digər hissəsi qarla boğuşur - FOTO

Türkiyədə qızmar istilər müşahidə olunsa da, Vanın yüksək bölgələrində qarla mübarizə işləri aparılır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, müvafiq yerli qurumlar şəhər mərkəzindən təxminən 135 kilometr uzaqlıqdakı Gürpınar məhəlləsində 3 min metr hündürlükdə Sıcaklı məhəlləsi Tüzek mezrasında yayla yolunda qartəmizləməni həyata keçirib.

Hakkari sərhədinə yaxın bölgədə 2 texnika və 4 işçi ilə aparılan işlər tamamlanmaq üzrədir.

Qeyd olunub ki, bəzi yerlərdə 3 metrə çatan qar kütlələrini təmizlənib, buz bağlayan yayla yolu nəqliyyata açılıb.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu