Image

Magistraturaya qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ - RƏSMİ

2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi başa çatıb.

Bəs magistraturanın ixtisas seçiminin nəticələri neçə gün ərzində açıqlanacaq?

Gundem.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, cavabların 3 iyul tarixinə qədər açıqlanması nəzərdə tutulur.

“Nəticələr seçim başa çatandan 3 gün sonra elan olunur”, - DİM-dən bildirilib.

Nəticələr elan olunduqdan sonra isə 5-15 iyul aralığı elektron qaydada qeydiyyatın aparılması gözlənilir

Qeyd edək ki, hazırda 15796 plan yeri uğrunda 15660 nəfər (Azərbaycan bölməsi - 14381 ; rus bölməsi - 1278)  mübarizə aparır.  

Mənbə: gundem.az

Xəbər lenti

"Brent" bahalaşdı

Estoniya Rusiyaya nota verib