Image

Ərdoğan Kayseridəki hadisələrə münasibət bildirib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Yerli Rəhbərliklər Müşavirə və Qiymətləndirmə Yığıncağında yerli seçkilər və yeni yol xəritəsi ilə bağlı mühüm mesajlar verib.

BAKU.WS yerli mətbuata istinadən xəbər verir ki, Prezident çıxışında dünən gecə Kayseridə azyaşlı qızın təcavüzə uğraması və ümumiyyətlə bu fonda baş verənlərə də münasibət bildirib.

“Vandalizmlə küçələrin yandırılması qəbuledilməzdir”, - deyə Ərdoğan vurğulayıb.

Cəmiyyətdə ksenofobiya və qaçqın nifrətini qızışdırmaqla heç bir yerə nail ola bilməyəcəyini vurğulayan Ərdoğan, "Siyasi qazanc üçün nifrət siyasətinə əyilməyi acizlik kimi görürük", - deyə bildirib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb