Minskdə keçirilən paradda Azərbaycan hərbçilərinin keçidi - VİDEO
Minsk şəhərinin alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə Belarus paytaxtında hərbi parad keçirilir. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan hərbçiləri də keçid ediblər. Parada Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın parad heyətləri ümumilikdə 5 mindən çox hərbçi cəlb edilib. Bundan başqa, meydandan 300-dən çox hərbi texnika nümayiş olunur, Minsk səmasında isə "Mi-8MTV5" və "Ka-52 Alligator" helikopterləri, "Yak-130" və "An-26" təyyarələri və s. şou göstərir. BAKU.WSMənbə: baku.ws