Image

DİM-dən magistraturaya daxil olanlara MÜRACİƏT

"Magistr" jurnalının 5-ci nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Bu barədə Gundem.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, "Magistr" jurnalının 5-ci nömrəsinin elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Mənbə: gundem.az

Xəbər lenti

Estoniya Rusiyaya nota verib