Image

Gəncədə ağır qəza - Yaralanan var - VİDEO

Bu gün Gəncə şəhərində velosipedçinin ağır xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Hadisə şahidlərinin BAKU.WS-nin “qaynar xətti”nə verdikləri məlumata görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Bİldirilib ki, “Priora” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan velosipedçini vurub. Daha sonra yol kənarında park edilən “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəzada yaralanan velosipedçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cavid Babayev BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb