Çempionlar Liqası: Azərbaycan təmsilçisinin rəqibləri bəlli oldu
"Araz-Naxçıvan" komandasının futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.
Gundem.az-ın məlumatına görə, Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” ( Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klublarına rəqib olub.
Qeyd edək ki, matçlar avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.
Mənbə: gundem.az