Image

Fərid Qayıbov: Olimpiadada yaxşı nəticələr əldə etmək üçün çalışırıq

Medallar haqqında danışmaq istəmirəm. Bütün federasiyalar, məşqçilər, idmançılar - hamımız ölkəmiz, vətənimiz üçün yaxşı nəticələr əldə etməyə çalışırıq.   BAKU.WS report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı danışarkən deyib.   Nazir Azərbaycan komandasının bayraqdarının hələlik bəlli olmadığını vurğulayıb: "Bir neçə gün sonra müəyyənləşəcək".   Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti