“Səbail” daha bir futbolçunu heyətinə cəlb edib
“Səbail” daha bir futbolçunu heyətinə cəlb edib. BAKU.WS report-a istinadən xəbər verir ki, “dənizçilər” son komandası Şimali Makedoniya təmsilçisi “Qostivar” olan Amir Bilali ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı albaniyalı mərkəz müdafiəçisi komandada 44 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, "Səbail" bundan əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu transfer edib. BAKU.WSMənbə: baku.ws