Image

"Yuventus" Fransa klubunun futbolçusunu transfer edəcək

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "qoca-sinyora" Fransa təmsilçisi "Nitsa"nın üzvü Kefren Türamın xidmətində maraqlıdır.

23 yaşlı oyunçu ilə 2029-cu ilə qədər müqavilə bağlanacaq.

Qeyd edək ki, K.Türam "İnter"də (İtaliya) çıxış edən Markus Türamın qardaşı, vaxtı ilə "Yuventus"un şərəfini qorumuş Lilian Türamın isə oğludur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti