Fransa-İspaniya matçını idarə edəcək baş hakim bilindi
Bu gün Avro-2024 çərçivəsində keçiriləcək Fransa-İspaniya matçının baş hakimi müəyyənləşib.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı sloveniyalı Slavko Vinçiç idarə edəcək. Matçda ona yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç yardım edəcək. VAR hakimi sloveniyalı Neyts Kaytazoviç olacaq.
Qeyd edək ki, Fransa-İspaniya yarımfinal matçı bu gün saat 23:00-da start götürəcək.
BAKU.WSMənbə: baku.ws