Merih Demiralla bağlı iddia - Türkiyə nəhənginə gəlir
Türkiyənin "Fənərbağça" klubu Merih Demiralı heyətinə qatmaq istəyir.
BAKU.WS Ərəb mətbuatına istinadən xəbər verir ki, "Əl-Əhli" 26 yaşlı müdafiəçini heyətinə qatmaq istəyən "Fənərbağça" ilə danışıqlara başlayıb.
Futbolçu əvvəlki açıqlamalarında “Fənərbağça” azarkeşi olduğunu bildirmişdi. Onun "sarı-göy" rəngli formanı geyinmək istəyi “Fənərbağça”nın əlini gücləndirir.
Bir digər məlumata görə, "Əl-Əhli" rəhbərliyi baş məşqçisi "Matthias Jaissle"dan, Allan Saint-Maximin, Merih Demiral və Roberto Firmino ilə bağlı təklifləri dəyərləndirməyi xahiş edib.
"Əl-Əhli"yə 16,6 milyon avroya transfer olunan Merih Dəmiral Ərəbistan klubunda 21 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
BAKU.WSMənbə: baku.ws