156 nəfər deputatlığa namizədliyini irəli sürüb
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
O vurğulayıb ki, bir nəfər öz ərizəsi ilə imtina edərək seçki prosesindən çıxıb.
BAKU.WSMənbə: baku.ws