MİQ imtahanının VI günündə yüksək bal toplayan namizədlər - ADLAR + FOTOLAR
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin VI günündə ingilis dili fənni üzrə yüksək bal toplayan namizədlərin bir qismini təqdim edilib. Bu barədə Gundem.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, 4 namizəd ən yüksək nəticəni əldə edib. Həmin namizədləri təqdim edirik: 1. Ayşən Əsədova - İngilis dili - 96,25 bal;
2. Tamilla Həsənova - İngilis dili - 96,25 bal;
3. Ayşən Mirzəyeva - İngilis dili - 96,25 bal;
4. Günel İsayeva - İngilis dili - 96,25 bal.




Mənbə: gundem.az