Mikayıl Cabbarov Dünya Bankı ilə bağlı paylaşım edib - FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankını yubiley münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, bununla bağlı nazir "X" sosial şəbəkəsində paylaşım edib. "Dünya Bankı - 80 il. Qlobal rifaha, ölkəmizin iqtisadi inkişafına və səmərəli əməkdaşlığa töhfələriniz üçün minnətdarıq! Yubiley münasibətilə Dünya Bankının heyətinə təbriklərimizi çatdırır və bankın fəaliyyətində davamlı uğurlar arzulayırıq", - deyə M.Cabbarov qeyd edib. BAKU.WSMənbə: baku.ws