Bu il iki universitetin yataqxanalarının tikintisinə BAŞLANILACAQ - RƏSMİ
"Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər".
Gundem.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) 3 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. O bildirib ki, bu barədə danışıqlar gedir:
"Tələbə yataqxanalarının tikintisi zəruri məsələlərdəndir. Özəl sektoru bu işə cəlb edərək tələbələrin yataqxanalarda qalma şəraitinin yaxşılaşdırılması üçün çalışırıq".(sfera.az)
Mənbə: gundem.az