Azərbaycan millisi Macarıstandakı beynəlxlaq yarışda 1/4 finala yüksəlib
Azərbaycanı Macarıstanın Debretsen şəhərində keçirilən 5-ci Avropa Universitet Oyunlarında təmsil edən İdman Akademiyasının komandası 1/4 finala vəsiqə qazanıb. BAKU.WS xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan komandası qrup mərhələsində Macarıstan, Almaniya və Polşa təmsilçilərini məğlub edib. BAKU.WSMənbə: baku.ws