Bakıda qrilin içindən qurd çıxdı - YENİLƏNİB/VİDEO
"Bakıda 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınan qrildən qurd çıxması ilə bağlı məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb". BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər. "Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək", - deyə məlumatda vurğulanıb. Əzizə İsmayılova *** 11:20 Bakıda qrilin içindən qurd çıxıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilib ki, qril 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınıb. Həmin görüntüləri təqdim edirik: BAKU.WSMənbə: baku.ws