Cüdo Federasiyası iki il ərzində 86 idman zalına 6214 tatami paylayıb
Azərbaycan Cüdo Federasiyası 2022-ci ildən Bakı və rayonlarda 86 idman zalına 6214 tatami paylayıb.
"Report"un məlumatına görə, bu barədə qurumun icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
O bildirib ki, bundan əlavə, 1224 yeniyetmə və gənc idmançının pulsuz məşq etməsinə şərait yaradılıb.
BAKU.WS
Mənbə: baku.ws