AVRO-2024-ün rəmzi komandası açıqlandı
UEFA AÇ-2024-ün rəmzi komandasını açıqlayıb.
Heyətdə İspaniya yığmasından 6, Fransadan 2, İsveçrə, Almaniya və İngiltərə komandalarından isə hərəyə 1 futbolçusu yer alıb.
Qapıçı: Mayk Menyan (Fransa);
Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurelya (İspaniya);
Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruis (hamısı İspaniya);
Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).
Qeyd edək ki, AVRO-2024-ün çempionu İspaniya millisi olub.
BAKU.WSMənbə: baku.ws