"Zenit" Barış Yılmaz üçün "Qalatasaray"a 30 milyon avro təklif edib
Rusiyanın "Zenit" klubu İstanbulun "Qalatasaray" kollektivinin futbolçusu Barış Yılmazı transfer etmək üçün 30 milyon avro ödəməyə hazırdır.
BAKU.WS xəbər verir ki, Ajansspor Santk-Peterburq təmsilçisinin futbolçuya illik 5 milyon avro maaş söz verdiyini də yazır.
Barış Yılmazın "Qalatasaray"la müqaviləsi 2027-ci lin yayınadəkdir. Transfermarkt portalı onun dəyərini 17 milyon avro olaraq müəyyənləşdirib.
BAKU.WSMənbə: baku.ws