Image

Britaniyalı müğənni Adel musiqiyə ara verəcək - Özü AÇIQLADI

“Skyfall", "Rolling in Deep", "Someone Like You" və "Hello" kimi hitləri ilə tanınan britaniyalı müğənni Adel musiqiyə ara verəcək.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni yeni mahnılar ərsəyə gətirmək fikri olmadığını və uzun bir müddət musiqi kariyerasına fasilə verməyi planlaşdırdığını deyib. 

"Heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm", - Adele əlavə edib.

Qeyd edək ki, o, Las-Veqasda keçiriləcək "Weekends With Adele" verilişinin ardından bir müddət səhnəyə ara verəcək.  (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti