Image

"Fiorentina"nın futbolçusu İngiltərə klubuna keçdi

İtaliyanın "Fiorentina" klubunun və Serbiya millisinin müdafiəçisi Nikola Milenkoviç İngiltərə təmsilçisi "Nottingem Forest"ə keçib.

Gundem.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

"Transfermarkt" portalının məlumatına görə, serbiyalının transferi İtaliya klubuna 14 milyon avroya başa gəlib.

Qeyd edək kiİ, 2023/2024 mövsümündə N.Milenkoviç "Fiorentina" klubunun heyətində meydana çıxdığı 50 oyunda 2 məhsuldar ötürməyə imza atıb.

Mənbə: gundem.az

Xəbər lenti