La Liqanın ən çox məvacib alan futbolçuları
"Barselona" klubunun niderlandlı futbolçusu Frenki de Yonq La Liqanın 2024/25 mövsümü üçün ən çox məvacib ödənilən futbolçusu olub.
BAKU.WS maliyyə portalı olan Capology-ya istinadən xəbər verir ki, de Yonqun illik maaşı 37 milyon avro təşkil edir.
İkinci sırada Kataloniya klubunun digər üzvü Robert Levandovski qərarlaşıb. O, bir ilə 33,3 milyon avro məvacib alır.
Üçüncü sırada "Real"ın yeni üzvü Kilian Mbappe yer alıb. O, bir ilə 31,3 milyon avro qazanacaq.
BAKU.WSMənbə: baku.ws