Image

Azərbaycanlı aparıcı İzmirdəki yanğınlara görə 5 saat hava limanında qaldı - VİDEO

Azərbaycanlı aparıcı Fəxriyyə Lilpar xoşagəlməz halla qarşılaşıb.

BAKU.WS xəbər verir ki, bir neçə gündür Türkiyəyə istirahət yollanan aparıcı qayıdanda hava limanında 5 saat qalmalı olub.

O bu barədə şəxsi instaqram hesabında bildiribı. Aparıcı qeyd edib ki, dünyada yaranan internet problemi və İzmirdəki meşə yanğınlarına görə 5 saat hava limanında qalıb:

"Məlum səbəblər, dünyada yaranan internet problemi və üstəlik İzmirdə baş verən meşə yanğını bizi 5 saat hava limanında saxladı. Baxmayaraq ki, təyyarəyə yeni yerləşdik, hələ də gərgin, həyəcanlı anlar yaşayırıq. Sağ salamat çataq, inşallah".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti