Image

UEFA Konfrans Liqası: "Zirə" - "DAK 1904" görüşündə iki qol vurulub - YENİLƏNİB

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçında ard-arda iki qol vurulub.

"Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu rəqibini iki dəfə məyus edib.

29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.

***20:34

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb.

Qarşılaşma "Dalğa Arena"da keçirilir.

Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Litva hökuməti istefa verib