Image

Bolqarıstan sahillərində qaz tankeri batıb

Liberiya bayrağı altında üzən “Gas Husky” qaz tankeri Bolqarıstan sahillərindən təxminən 50 dəniz mili (92,2 kilometr) aralıda batıb.

Xarici medianın məlumatına görə, gəminin 19 nəfərlik heyətinin hamısı Bolqarıstan Silahlı Qüvvələrinə məxsus helikopterlərlə xilas edilib.

Məlumata görə, Misirin İsgəndəriyyə limanından Rumıniyanın Midiya terminalına doğru hərəkət edən tankerin göyərtəsində 3 400 ton mayeləşdirilmiş propan olub. Gəminin meneceri Yunanıstanın “Stealth Maritime Corp SA” şirkətidir.

Bolqarıstan hakimiyyəti hadisənin səbəbi ilə bağlı hələlik açıqlama verməyib. Bununla yanaşı, “Maritime.bg” nəşrinin mənbələri tankerin dörd pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğunu iddia edib. Hücum nəticəsində gəminin maşın şöbəsinin və kapitan körpüsünün zədələndiyi bildirilir.

Daha əvvəl, saat 13:44-də “Reuters” agentliyi iki mənbəyə və yerli mediaya istinadən “Gas Husky” tankerinin Qara dənizdə, Bolqarıstan sahillərində həyəcan siqnalı verdiyini xəbər vermişdi.

Bolqarıstanın BNT ictimai teleradio şirkətinin məlumatına görə, gəmi Kaliakra burnundan təxminən 60 dəniz mili məsafədə olarkən həyəcan siqnalı göndərib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Bundan bir gün əvvəl Bolqarıstan sahillərinin eyni hissəsindən təxminən 40 dəniz mili aralıda başqa bir yük gəmisi batıb.

Mənbə: anews.az

Xəbər lenti

Putin Çinə gedib

Türkiyədə zəlzələ olub

Lənkəranda ev yanıb

Daha bir tələbə vəfat edib

Rusiyada internet kəsilib