Image

Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb

Kişineu istiqamətində hərəkət edən “Shahed” tipli pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasından sonra Moldova təhlükəsizlik məqsədilə hava məkanını tamamilə bağlayıb.Bu barədə Moldova Müdafiə Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, PUA ölkənin cənubundan Kişineu bələdiyyəsinin Botanika sektoru istiqamətində hərəkət edib. Bununla əlaqədar yerli vaxtla saat 16:27-də (Bakı vaxtı ilə 18:27-də – red.) ölkənin bütün hava məkanından istifadənin məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Bildirilib ki, Hava Əməliyyatları Mərkəzi səlahiyyətli qurumlar və tərəfdaşlarla koordinasiyalı şəkildə hava məkanının monitorinqini davam etdirir.

Mənbə: anews.az

Xəbər lenti

Türkiyədə zəlzələ olub

Lənkəranda ev yanıb

Daha bir tələbə vəfat edib

Rusiyada internet kəsilib