Image

Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU

Bakıda yol hərəkətinin intensiv olduğu ərazilərdə tıxac problemi sürücülərin səbir kasasını daşırır. Bəzi sürücülər tıxacda vaxt itirməmək üçün yol hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlərə əl atırlar.

Bu barədə bu gün BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Bildirilib ki, Ziya Bünyadov prospektinin Böyükşor gölü istiqamətində hərəkət edən bəzi sürücülər tıxacda irəliləmək və digər avtomobilləri qabaqlamaq üçün səki ilə hərəkət edirlər.

Bu cür hallar həm piyadaların təhlükəsizliyi üçün ciddi risk yaradır, həm də onsuz da gərgin olan yol hərəkətində əlavə təhlükə formalaşdırır.

Qeyd edək ki, paytaxt yollarında tıxac problemi günün demək olar ki, bütün saatlarında müşahidə olunur. BAKU.WS-in redaksiyasına bu istiqamətdə hər gün çoxsaylı şikayət və məlumatlar daxil olur.

Sakinlər və sürücülər aidiyyəti qurumları məsələyə diqqət yetirməyə, səki ilə hərəkət edən avtomobillərə qarşı müvafiq tədbirlər görməyə çağırırlar.

Mənbə: baku.ws

Xəbər lenti

Türkiyədə zəlzələ olub

Lənkəranda ev yanıb

Daha bir tələbə vəfat edib

Rusiyada internet kəsilib