Avtobus sürücüsü ilə sərnişinlər arasında "siqaret mübahisəsi" :"Keç arxada otur" - VİDEO
Paytaxt sakinləri daha bir marşrut xəttinin sürücüsündən şikayət edirlər.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər və video daxil olub.
Sərnişinlər bildirir ki, 147 saylı avtobusun sürücüsü onlara qarşı kobudluq edərək, qaydaları pozub.
Belə ki, sərnişinlər sürücüyə siqaret çəkməməsini xahiş edərək tüstüdən boğulduqlarını əsas gətirərək irad bildiriblər.
Bu zaman sürücü sərnişinə avtobusun arxa oturacağında oturmasını məsləhət görüb.
Sözügedən marşrut xətti Azadlıq metrosundan Mehdiabad və Digah qəsəbələri istiqamətində hərəkət edir.
BAKU.WS sərnişinn narazılığına səbəb olan həmin videonu təqdim edir:
BAKU.WSMənbə: baku.ws