Paris-2024: Azərbaycanın daha bir cüdoçusu turnirlə erkən vidalaşıb
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report" xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan G. Məmmədəliyeva turnirlə vidalaşmalı olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
BAKU.WS


Mənbə: baku.ws