Image

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.   BAKU.WS report-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib.   İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.   Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, növbəti mərhələdə Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Litva hökuməti istefa verib