Image

Bakıda yanğın olub - VİDEO

Bakıda yanğın olub.   BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.   Bildirilib ki, qurumun "112" qaynar xəttinə Xətai rayonu, Nəsrəddin Tusi küçəsində təkər tullantılarının yanması barədə məluma daxil olub.   Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunublar.   Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsi və ətraf ərazilərə yayılmasının qarşısı alınaraq söndürülüb.   Həmin görüntüləri təqdim edirik: BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Litva hökuməti istefa verib