Image

Hidayət Heydərov Olimpiadaya uğurla start verdi - YENİLƏNİB

Hidayət Heydərov Olimpiadaya uğurla start verib. O, 1/8 finalda Tohar Bitbula (İsrail) qalib gəlib. 

***11.30

Paris Olimpiadasında cüdoçuların mübarizəsi davam edir.

BAKU.WS xəbər verir ki, bu gün mübarizəyə Azərbaycan cüdo yığmasının lideri Hidayət Heydərov (73 kq) qoşulur.

Təmsilçimiz ilk döyüşdən azaddır. 1/8 final mərhələsində təmsilçimiz Tohar Bitbul (İsrail) - Messud Dris (Əlcəzair) cütünün qalibi ilə döyüşəcək. İlkin məlumata görə, əlcəzairli idmançı rəqibi ilə döyüşə çıxmayacaq. 

Döyüşlər saat 12:00-dan etibarən başlayacaq. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Litva hökuməti istefa verib

"Brent" neft ucuzlaşıb