İdmançımız 1/4 finala vəsiqə qazandı - FOTO
İdmançımız Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
Gundem.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Belə ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) 1/8 finalda İsrail idmançısı Tohar Bitbula 10:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Hidayət 1/4 finalda Artur Marqelidonla (Kanada) üz-üzə gələcək.


Mənbə: gundem.az