Bakıda yük maşını avtomobilə çırpılıb aşdı - FOTO/VİDEO
Zaqulba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yük maşını sürücüsünün idarəetməni itirməsi olub. Nəticədə "Shagman" yol kənarında dayanan avtomobilə çırpılıb və aşıb.
Qəza nəticəsində yük maşının sürücüsü xəsarət alıb. Ölən yoxdur.
BAKU.WS

Mənbə: baku.ws