Son Avropa çempionu “Barselona”ya gəlir - FOTO
Son Avropa çempionu Dani Olmo "Barselona" klubu ilə razılaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb.
O, bildirib ki, müqavilə 2030-cu ilin iyununa kimi nəzərdə tutulub.
"Barselona" "Leipzig"ə 55 milyon avroluq yeni təklif göndərib.
26 yaşlı yarımmüdafiəçi “Barca”ya keçməkdə çox istəklidir və iki klubun şərtləri razılaşdıracağını gözləyir.
BAKU.WS
Mənbə: baku.ws