Fındığın insan orqanizmi üçün əsas faydaları
Maqnezium sağlamlıq üçün son dərəcə vacib bir mineraldır. Amma bədənimiz onu özbaşına istehsal edə bilmir, ona görə də qida rasionumuzda maqneziumla zəngin qidalar olmalıdır. Onlardan biri də fındıqdır.
BAKU.WS xəbər verir ki, fındıqların tərkibində fitokimyəvi maddələr, lif, zülal, doymamış yağ turşuları, kalsium, maqnezium, selen var.
Fındığın tərkibində olan materiallar sümükləri gücləndirir. C və E vitaminləri, maqnezium, kalsium, kalium və dəmirlə zəngin bir çərəzdir.
Bu minerallar xərçəng riskini azaldır. Həzmi yaxşılaşdırır. Ürək sağlamlığını dəstəkləyir. Müntəzəm olaraq fındıq yeməklə ürəyinizi gücləndirəcək və ürək xəstəlikləri ehtimalını azaldacaqsınız.
Fındıq həm də immunitet sistemini gücləndirir. Onun tərkibində çoxlu E vitamini var. Anemiyadan qoruyur və qan dövranını yaxşılaşdırır.
Qeyd edək ki, fındıq saç tökülməsinin qarşısını alır. Bu, onun tərkibindəki E vitamini ilə bağlıdır.
BAKU.WSMənbə: baku.ws