Məşhur şərhçiyə vəzifə verildi
"CBC Sport" kanalının şərhçisi Gündüz Abbaszadə yeni vəzifəyə təyin olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gündüz Abbaszadə sözügedən kanalın Şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Gündüz Abbaszadə "CBC Sport"a 9 il əvvəl gəlib. O, "Neftçi" və "Qarabağ" klublarının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin də rəhbəri olub. BAKU.WSMənbə: baku.ws